Startda bürünc medal

Azərbaycan güləşçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində medallarının hesabını bürünc mükafatla açmışlar.

Yunan-Roma üsulu ilə güləşənlərin turnirində Xancavad Məcidzadə fərqlənmişdir. Təmsilçimiz ilkin mərhələdə Hindistan və Ukrayna idmançıları üzərində qələbələrdən sonra, dörddəbir finalda rusiyalı rəqibinə uduzmuş, təsəlliverici görüşdə Serbiya nümayəndəsinə qalib gəlmiş, bürünc medal uğrunda mübarizədə isə İran güləşçisindən üstün olmuşdur. Nəticədə Xancavad 50 kq çəki dərəcəsində çıxışlarını fəxri kürsünün üçüncü pilləsində başa vurmuşdur.

“Klassiklərin” turnirində növbəti görüşlər dünən keçirilmişdir. Bu gün yeniyetmə qızlar dünya çempionatının medalları uğrunda mübarizəyə başlayacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında