Yevgeni Tomaşevski: Dünya kuboku turniri çox mürəkkəb yarışdır

Sentyabrın 10-da Bakıda təntənəli açılış mərasimi ilə başlanacaq Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku turniri yaxınlaşdıqca bu yarışla əlaqədar müxtəlif rəylər söylənilir. Budur, Rusiya çempionu, qrossmeyster Yevgeni Tomaşevski də öz ölkəsinin Şahmat Federasiyasının saytına müsahibəsində Azərbaycan paytaxtında keçiriləcək turnir haqqında fikrini bildirmişdir. Həmin müsahibədən qarşıdakı yarışla bağlı hissəni diqqətinizə çatdırırıq.

– Dünya  kubokunda imkanlarını necə qiymətləndirirsən?

– Əgər dairəvi sistem üzrə keçirilən turnirdə özünü formada hiss edirsənsə və əhvalın yaxşıdırsa, onda belə demək olar ki, yüksək yerlər uğrunda mübarizə aparacaqsan, hərçənd bu halda da çox şey dəyişib başqa məcraya yönələ bilər. Dünya kuboku isə öz formatına və iştirakçıların tərkibinə görə elə mürəkkəb turnirdir ki, bu yarışda hər şey ola bilər. Təbii ki, mən son vaxtlar olduğu kimi, indi də, var qüvvə ilə mübarizə aparacağam. Ən azı Rusiya Superfialındakı kimi oyun göstərməyə çalışmaq lazımdır, bu  halda irəli getmək üçün imkanların pis olmur.

Amma, hər halda, uduzan şahmatçının mübarizəni dayandıracağı turnir ərəfəsində onun haqqında çox danışmaq çətindir. Bu yarışda uğur üçün bir çox amil vahid şəkildə birləşməlidir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında