"SOCAR Azərbaycan" Avropa çempionatına başlayır

Dünən axşam Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə klublararası Avropa çempionatının açılış mərasimi keçirilmişdir. Bu gün isə 49 komanda, o cümlədən yeni yaradılmış "SOCAR Azərbaycan" klubu 1-ci turun matçlarında üz-üzə gələcəklər.
Kişilər arasında klublararası Avropa çempionatı 96-cı dəfə starta çıxır. Azərbaycan bu mötəbər yarışda ilk dəfə təmsil olunur. Artıq xəbər verdiyimiz kimi, reytinqə görə çempionat iştirakçılarının siyahısına başçılıq edən komandamızın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Eltac Səfərli ilə yanaşı Aleksandr Qrişuk, ispaniyalı Aleksey Şirov, özbək Rüstəm Qasımcanov və fransız Maksim Vaqye-Laqrov daxildirlər.
Yeddi turdan ibarət turnirdə müxtəlif klubların tərkibində reytinqi 2700-dən yuxarı olan 24 şahmatçı çıxış edəcəkdir. İştirakçılardan 135-i qrossmeyster, 57-si beynəlxalq usta, 47-si FİLE ustasıdır. Onların arasında Vasili İvançuk, Sergey Karyakin, Boris Gelfand, Qata Kamski, Pyotr Svidler, Maykl Adams, Fabiano Karyana kimi məşhur şahmatçılar vardır.
Çempionatın ümumi mükafat fondu 50 min avrodur. Qalib komanda 10 min avro qazanacaq. Təşkilatçılar fərdi hesabda fərqlənəcək iştirakçılar üçün də mükafatlar təsis etmişlər. Məsələn, öz taxtalarında ən yaxşı nəticə göstərən şahmatçıların hərəsinə 800 avro təqdim olunacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında