İ D M A N

Yaxşı yol, “Qəbələ”!

 

Sabah UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Afinada Azərbaycanın “Qəbələ” klubunu qəbul edəcək Yunanıstanın “Panatinaikos” komandası öz ölkəsinin Superliqasında turnirə qələbə ilə başlamışdır. Afinalılar startda rəqib meydanında “Panetolikos”a 2:1 hesabı ilə qalib gəlmişlər.

Topaz Premyer Liqasında üç turdan sonra iki liderdən biri olan “Qəbələ” isə Yunanıstana bu gün yola düşəcək. Xatırladaq ki, Bakıda keçirilmiş birinci oyunda hesab açılmamış və Avroliqanın qrup mərhələsinə Azərbaycan klubunun, yaxud onun rəqibinin vəsiqə qazanacağı məhz sabah axşam məlum olacaq.

 

Keniya: 3 gündə 2 dəst medal

 

Bu günlər Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən və planetin hər yerində böyük maraqla izlənilən yüngül atletika üzrə dünya çempionatının 2000-dən çox iştirakçısı 47 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın ilk üç günü Keniya idmançılarının üstünlüyü şəraitində davam etmişdir. Həmin günlərdə onlar iki dəst medal – 2 qızıl, 2 gümüş və 2  bürünc mükafat qazanmışlar.

Medalçı ölkələrin siyahısında ikinci-üçüncü yerləri Yamayka (2 qızıl, 1 bürünc) və Böyük Britaniya (2 qızıl mükafat) tuturlar. Cəmisi isə avqustun 30-dək davam edəcək dünya çempionatının ilk üç günündə 19 ölkənin atletlərinə medal təqdim olunmuşdur.

 

 

Ardıcıl yeddi qələbə

 

Avstriya paytaxtında başa çatmış “Vyana Open 2015" beynəlxalq şahmat festivalının ”A" turniri maraqlı bir məqamla yadda qalacaq.

Rusiyanın e3e5 saytının həmin yarış haqqında yaydığı xəbərdə bildirilir ki, turnirin qalibi adını 9 mümkün xaldan 7,5 xal toplayan italiyalı beynəlxalq usta Françesko Rambaldi qazanmışdır. Daha dörd iştirakçı onunla eyni nəticə göstərmiş, bir qrup şahmatçı, o cümlədən ilk iki turu buraxan və sonra yeddi ardıcıl qələbə qazanan Eltac Səfərli (Azərbaycan) isə finişə 7 xalla çatmışlar.

Həqiqətən, iki turda oynamayan qrossmeysterimiz mükafatçılar sırasına daxil ola bilməsə də, yeddi görüşdə yeddi qələbə və ya yüzfaizli nəticə ilə çoxlarını təəccübləndirmişdir. Şahmatda belə çoxsaylı qələbələr seriyasına nadir hallarda təsadüf olunur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında