İdman

Rio-de-Janeyro Olimpiadasına üç lisenziya

 

Azərbaycan yığma komandasının avarçəkənləri 2016-cı il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına üç lisenziya qazanmışlar.

İdmançılarımız bu uğura Milanda (İtaliya) baydarka və kanoelərdə avarçəkmə üzrə dünya çempionatında nail olmuşlar. İnna Osipenko-Rodomska xüsusilə fərqlənmişdir. O, 200 metr məsafəyə startlarda dördüncü və məsafəyə startlarda dördüncü və 500 metr  məsafəyə yarışda beşinci nəticə göstərərək Olimpiadaya iki lisenziya qazanmışdır.

Daha bir olimpiya “bileti”nə isə Valentin Demyanenko sevinmişdir. Bu avarçəkənimiz 200 metr məsafəyə yarışda finişə altıncı çatmaqla gələn il Braziliyaya getmək hüququnu özünə təmin etmişdir.

 

Avropa birinciliyinin azərbaycanlı mükafatçısı

 

Azərbaycan idmançısı Alina Hacıyeva Macarıstanın Ketsxey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində çıxışlarını yaxşı əhval-ruhiyyə ilə başa vurmuşdur.

Rinqdə inamlı döyüşləri ilə diqqəti cəlb edən təmsilçimiz yarımfinalda Macarıstan boksçusunu məğlubiyyətə uğratmış və yalnız finalda rusiyalı Mariya Şişmaryovaya uduzub 80 kq-dan yuxarı çəki dərəcəsində qitə birinciliyinin gümüş medalını qazanmışdır.

 

Şəhriyar  Məmmədyarov qalib gəldi

 

Avstriyanın paytaxtı Vyanada beynəlxalq şahmat festivalı çərçivəsində bu ölkənin təmsilçisi Markus Ragger ilə Şəhriyar Məmmədyarov arasında təşkil edilən altı görüşdən ibarət matç 3,5:2,5 hesabı ilə azərbaycanlı qrossmeysterin xeyrinə başa çatmışdır.

İndi Məmmədyarov bütün diqqətini sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək  Dünya kuboku turnirinə hazırlığa yönəldəcəkdir. Artıq xəbər verdiyimiz kimi, bu yarışın birinci mərhələsində şahmatçımızın rəqibi iranlı İdani Puya olacaq.

 

“Qarabağ” və  “Qəbələ” yanaşı addımlayırlar

 

UEFA Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın “Qarabağ”-"Qəbələ" tandemi Topaz Premyer Liqasının üçüncü turunun oyunlarından hərəyə 3 xalla ayrılmışdır. Ağdam klubu rəqib meydanında AZAL-a iki cavabsız qolla qalib gəlmiş (2:0), Qəbələ futbolçularının isə evdə “Kəpəz” ilə görüşdə üstünlüyü bir topla ifadə olunmuşdur (1:0).

Hesabat turunda “Sumqayıt”ı qəbul edən  “Neftçi” də nəhayət ilk qələbəsinə sevinmişdir. Bu oyunda 2:1 hesabı qeydə alınmışdır. “Xəzər-Lənkəran” ilə “Rəvan”ın görüşündə isə tərəflər “dinc” nəticə ilə kifayətlənmişlər -1:1.

Üçüncü tura dünən axşam “Zirə” Olimpiya İdman Kompleksinin stadionunda keçirilən “Zirə”-"İnter" görüşü ilə yekun vurulmuşdur. Bu oyun ərəfəsində turnir cədvəlinə başçılıq edən “Qarabağ” və “Qəbələ” komandaları hərəyə 7 xal toplamışlar.

Xatırladaq ki, bu iki klubumuz Avroliqanın pley-off mərhələsində cavab görüşlərini avqustun 27-də keçirəcəkdir. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) matçını litvalı Gediminas Mazeykanın, Afinada “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” görüşünü isə slovakiyalı İvan Krujlyakın idarə edəcəkləri də artıq məlumdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında