Qrossmeysterlərimizin rəqibləri məlumdur

Xəbər verdiyimiz kimi, 2015-ci ilin ən mühüm şahmat yarışlarından biri Dünya kuboku turniri sentyabrın 11-dən oktyabrın 4-dək Bakıda  keçiriləcəkdir.

Planetin hər yerindən 128 zəka sahibinin mübarizə aparacağı bu yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Artıq birinci mərhələdə (1/64 final) qrossmeysterlərimizin qarşılaşacaqları rəqiblər məlumdur.

Milli Şahmat Federasiyasının saytında verilmiş xəbərə görə, püşk nəticəsində startda Məmmədyarov iranlı İdani Pouya, Rəcəbov ABŞ təmsilçisi Samvel Sevyan, Məmmədov və Hüseynov rusiyalı qrossmeysterlər, müvafiq surətdə Yevgeni Nayer və Maksim Matlakov, Səfərli macar Ksaba Baloq və Durarbəyli Anton Korobov (Ukrayna) ilə görüşəcəklər.

Rəqiblər iki klassik görüş keçirəcəklər (ağlar və qaralarla). Əgər bu görüşlərdən sonra hesab heç-heçə olarsa, ikinci mərhələnin iştirakçısını tay-brek müəyyənləşdirəcək.

Dünya kubokunun qalibi və iddiaçıların şahmat tacı uğrunda növbəti turnirinə iki vəsiqənin sahibi oktyabrın 4-də məlum olacaq.

Bu xəbərə onu da əlavə edək ki, Məmmədyarov bu günlər Vyanada Avstriyanın ən yaxşı şahmatçısı Makrus Ragger ilə altı görüşdən ibarət matç keçirir. İki oyundan sonra hesab azərbaycanlı qrossmeysterin xeyrinə 1,5:0,5-dir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti" 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında