Rusiyalı hakim Vladislav Bezborodov

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk oyunları çərçivəsində İsveçrənin Bern şəhərində yerli "Yanq Boyz" komandası ilə "Qarabağ"ın görüşünü əvvəllər elan olunduğu kimi, israilli hakim Alen Yefet yox, rusiyalı Vladislav Bezborodov idarə edəcəkdir. Bu matç sabah Bakı vaxtı ilə saat 23-də başlanacaqdır.

Elə həmin axşam "Bakcell Arena"da İngiltərə Futbol Federasiyasının nümayəndəsi Andre Marriner "Qəbələ"-"Panatinaikos" (Yunanıstan) görüşünün iştirakçılarını meydana saat 21-də dəvət edəcəkdir. Rəqiblər hər iki oyuna hazırlıqlarını artıq başa çatdırmaq üzrədirlər.

Topaz Premyer Liqasında isə ikinci turun son görüşü də oynanılmış və tura yekun  vurulmuşdur. "İnter"-"Neftçi" görüşündə qeydə alınmış 1:0 hesabı meydan sahiblərini nə qədər sevindirmişdirsə, onların qonaqlarını bir o qədər məyus etmişdir. "İnter" startda Lənkərandakı məğlubiyyətdən sonra qələbələrinin hesabını açmış, birinci turda "Kəpəz"lə oyundan heç-heçə ilə ayrılan "Neftçi" isə növbəti tura cəmi 1 xalla başlayacaq.

Üçüncü turda (22-23 avqust) "İnter"in "Zirə"nin qonağı olacağını, "Neftçi"nin isə "Sumqayıt"ı qəbul edəcəyini də qeyd edək. Turun qalan üç oyununda azarkeşlər AZAL--"Qarabağ", "Xəzər-Lənkəran"--"Rəvan" və "Qəbələ"--"Kəpəz" görüşlərini izləyəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında