Yığma komandamız Avropa çempionatının final mərhələsinə hazırlaşır

Sentyabrın 26-dan oktyabrın 4-dək Belçika və Hollandiyada keçiriləcək qadın komandaları arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev bu məsul yarışda çıxış edəcək heyəti müəyyənləşdirib.

Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, Avropa çempionatında komandanın şərəfini Natalya Məmmədova, Polina Rəhimova, Oksana Kurt-Parxomenko, Natəvan Qasımova, Valeriya Məmmədova, Ayşən Abduləzimova, Ceyran Əliyeva, Odina Bayramova və başqaları qoruyacaqlar.

Onu da əlavə edək ki, Azərbaycan voleybolçuları çempionatın ilkin mərhələsində Türkiyə, Macarıstan və Belçika komandaları ilə bir qrupda oynayacaqlar. Yığmamız yarışa sentybarın 26-da Türkiyəyə qarşı görüşlə başlayacaq, ertəsi gün belçikalılarla qarşılaşacaq, sentyabrın 28-də isə Macarıstanla oynayacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında