Rumıniyadan üçüncü mükafatla

Azərbaycan şahmatçısı Ülvi Bacarani Rumıniyada  yenicə  başa çatmış “Arad Open” turnirinin üçüncü  mükafatçısı olmuşdur. Qrossmeysterimiz 240-a  qədər  rəqibin  mübarizə  apardığı bu  mötəbər beynəlxalq yarışda 9 mümkün  xaldan 7,5  xal toplamışdır.

Turnirin  qalibi  ukraynalı Aleksandr  Zubov  və  ikinci yeri tutmuş  Rumıniya  şahmatçısı Miron Luçian-Kostin  də Bacarani ilə eyni  nəticə göstərmişlər. Lakin  əlavə göstəricilər onlarda  daha yüksək olmuşdur.

Qeyd edək ki, yarış başlanmazdan əvvəl Azərbaycan  şahmatçısı reytinqə  görə  iştirakçıların  siyahısında 13-cü idi. Həmyerlimizin  finişə üçüncü çatması onun turnirə yaxşı səviyyədə hazırlığının  göstəricisidir. Ülvi keçirdiyi  doqquz görüşdən yeddisində qalib  gəlmiş,  birində heç-heçə oynamış  və yalnız bir rəqibinə uduzmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında