“Klassiklərimiz” dünya çempionatında daha üç medal qazanmışlar

Azərbaycanın yunan-Roma üsulu ilə güləşənləri Braziliyanın Salvador de Bahiya  şəhərində keçirilən gənclər  arasında  dünya  çempionatında daha  üç medal qazanmışlar. Turnirin ikinci günü  Murad Məmmədov (55 kq), İslam Abbasov (84 kq)  və Ruhin Mikayılov (66 kq) fərqlənmişlər.

Təmsilçilərimiz  arasında  ən böyük müvəffəqiyyətə  nail olan  Məmmədov  fəxri kürsünün zirvəsinə aparan  yolda  beş  rəqibini, o  cümlədən yarımfinalda Slavik Qalstyanı (Ermənistan), finalda  isə  Yoto Xristovu (Bolqarıstan) böyük  üstünlüklə  məğlubiyyətə  uğradaraq  dünya  çempionatının  qalibi olmuşdur.

Abbasov  da  finaladək Venesuela,  İsveç, Rusiya  və Gürcüstan  idmançıları  üzərində  inamlı  qələbələr  qazanmış  və yalnız həlledici görüşdə Türkiyə güləşçisinə 6:10 hesabı  ilə  uduzub  gümüş mükafatçı olmuşdur.

Mikayılov isə Braziliyadan bürünc medalla qayıdır. Güləşçimiz  üçüncü yer uğrunda  görüşdə türkiyəli Çingiz Arslan üzərində  çətin qələbə  qazanmışdır – 2:1. Ruhinin  dörddəbir finalda  erməni Karen Aslanyana qalib  gəldiyini də qeyd  edək (8:3).

Xatırladaq ki, yarışın birinci günü Kərim Cəfərov (60 kq)  gümüş  medal qazanmışdı. Nəticədə Azərbaycan “klassikləri” dünya çempionatını  1 qızıl, 2 gümüş və 1 bürünc mükafatla başa vurmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında