Braziliya: Cəfərov – Dumoyan – 9:0!

Azərbaycan güləşçiləri Braziliyada keçirilən gənclər arasında  dünya birinciliyinə bir gümüş medalla başlamışlar.  Ölkəmizə bu  mükafatı yunan-Roma üsulu ilə güləşənlərin turnirində 60 kq çəki dərəcəsində çıxış edən  Kərim Cəfərov qazandırmışdır.

Milli Güləş Federasiyasının saytında bu barədə verilmiş xəbərdə bildirilir ki, təmsilçimiz startda Cənubi Afrika  Respublikası  nümayəndəsini 12:7 hesabı ilə   məğlubiyyətə uğratdıqdan sonra  erməni rəqibi Taron Dumoyana da böyük  üstünlüklə  qalib gəlmiş (9:0), dörddəbir  finalda Gürcüstan idmançısı üzərində qələbə  qazanmış (8:7), yarımfinalda Yaponiya güləşçisinə də heç bir ümid yeri qoymamışdır (8:0). Cəfərov yalnız finalda rusiyalı  rəqibinə uduzub çıxışlarını  fəxri kürsünün ikinci pilləsində başa vurmuşdur.

Həmin  gün Nofəl Babayev (50 kq) və Soslan Fanziyev də (96 kq)  medala yaxın olmuşlar. Amma onlar "bürünc" uğrunda  mübarizədə  məğlub olaraq beşinci yerlə  kifayətlənmişlər.

"Klassiklərin"  dünya  birinciliyi  dünən  digər  çəki dərəcələrində görüşlərlə  davam etdirilmişdir. Bu gün  və  sabah isə  qızlar yarış meydanına dəvət  olunacaqlar. Növbəti iki gündə (15-16 avqust)  medallar  uğrunda sərbəst  üsulla güləşənlər  mübarizə aparacaqlar.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında