Dünya çempionatında Azərbaycanın şərəfini hansı boksçular qoruyacaq?

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) oktyabrda Qətərin  paytaxtı  Dohada keçiriləcək dünya çempionatında  iştirak  etmək  hüququ  qazanmış  rinq  ustalarının  adlarını  açıqlamışdır.

Gələn  ilin avqust  ayında Braziliyanın Rio-de-Janeyro  şəhərində  təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına  lisenziya  xarakterli  dünya çempionatında  çıxış  edəcək boksçuların   siyahısında   Azərbaycanın doqquz  idmançısının  da adları vardır.

Doha sınaqlarında ölkəmizin  şərəfini  Elvin Məmişzadə (52 kq),  Tayfur  Əliyev (56 kq),  Albert  Səlimov (60 kq), Xavyer Sotomayor
(64  kq), Pərviz Bağırov (69 kq),  Xaybula Musalov (75 kq),  Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyacaqlar. Onlar  dünya  çempionatına vəsiqələri  iyunda Bakıda keçirilmiş  birinci  Avropa Oyunlarında uğurlu  çıxışları  sayəsində qazanmışlar. Xatırladaq ki, boksçularımız Oyunlarda 6 qızıl, 1 gümüş  və 2 bürünc  mükafata sahib olmuşlar.

Dünya çempionatında  daha  bir  təmsilçimiz  çıxış  etmək hüququ  qazana  bilər. Bunun  üçün  Rüfət  Hüseynov (49 kq)  bu günlər Bolqarıstanın  Samokov şəhərində keçirilən  Avropa çempionatında öz çəki  dərəcəsində ilk altı yerdən birini  tutmalıdır.  O,  turnirə inamla  başlayaraq  start görüşündə gürcüstanlı rəqibinə  qalib  gəlmiş, dünən isə  növbəti  mərhələdə  Moldova  idmançısı  ilə  qarşılaşmışdır.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında