“Panatinaikos” və “Yanq Boyz” ilə görüşlər ərəfəsində xoş əlamət

Topaz  Premyer Liqasında  növbəti  mövsümün  start turunun ikinci oyun günü “Qəbələ” – “Qarabağ” görüşündə  qeydə  alınmış nəticəni (2:2) bu iki klubumuzun UEFA  Avropa  Liqası  turnirinin  pley-off mərhələsi  çərçivəsində  avqustun 20-də  müvafiq  surətdə Yunanıstanda yerli “Panatinaikos”  və Bakıda “Yanq Boyz” (İsveçrə) komandalarına  qarşı keçirəcəkləri  matçlar  ərəfəsində xoş əlamət hesab  etmək olar.

Həm  Qəbələ futbolçuları,  həm də onların ağdamlı  qonaqları hücumda  kifayət qədər məhsuldar  oynayıb,  gərgin  görüşdə  hərəyə iki dəfə qol  sevinci  keçirmişlər. Bu isə  Avroliqanın qrup mərhələsinin astanasında onların öz hücum imkanlarına inamını artırmaya bilməz.

Həmin axşam “Rəvan” — “Sumqayıt”  görüşündən də  rəqiblər hərəyə  bir  xalla  ayrılmışlar. Lakin  qolsuz  heç-heçə ilə  — 0:0.

Birinci turdan sonra  çempionatın  ilk  liderləri isə  bir gün əvvəl “İnter”in  qapısından iki cavabsız top keçirən “Xəzər — Lənkəran”  və  “yüksək cəmiyyətdə” debütünü AZAL  üzərində  qələbə ilə bayram edən (1:0) “Zirə”  komandaları  olmuşlar. Start turundan  məhz bu iki  klub  maksimum fayda götürə bilmişdir.

Yenidən Azərbaycanın ən  güclü  komandaları  ilə bir sırada  oynamağa  başlayan  “Kəpəz”in Bakıda “Neftçi” ilə görüşdən (0:0)  mühüm  bir xalla  qayıtdığını  da  xatırladaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında