Sergey Karyakin Bakıya qələbə əzmi ilə gələcək

Sentyabrın 10-dan oktyabrın 4-dək Bakıda  keçiriləcək şahmat üzrə Dünya kuboku yarışında baş mükafata əsas iddiaçılardan biri  hesab edilən Sergey Karyakin,  şübhəsiz, qarşıdakı  turnirdən maksimum  fayda götürməyə çalışacaq.  Bunu rusiyalı qrossmeysterin bu günlərdə  TASS-ın  müxbirinə verdiyi müsahibədən  də aydın hiss etmək  olar.

“Sergey Karyakin 2016-cı  ildə dünya çempionu olmağa ümid edir” başlığı  altında  dərc  edilmiş  həmin  müsahibədə qrossmeyster  deyib: – Mən  dünya  çempionu  adı  uğrunda  məmnuniyyətlə  mübarizə  aparardım.  Sentyabrda  Bakıda  Dünya  kuboku  turnirində  iştirak  edəcəyəm.  Bu  yarışın  iki qalibi  iddiaçıların  turnirinə  vəsiqə  qazanacaq. Mən ötən il  iddiaçıların  turnirində  iştirak  etmiş  və ikinci yeri tutmuşam.  Başa  düşürəm ki,  məqsədə  çatmaq  çox çətin olacaq.

Maqnus Karlsen (Norveç)  və  hindistanlı Vişvanatan Anand arasında  dünya çempionu  adı uğrunda matç 2014-cü  ildə  Soçidə keçirilmiş  və norveçlinin qələbəsi ilə  başa çatmışdır. Şahmat tacı  uğrunda növbəti  matç  2016-cı  ildə  təşkil olunacaq.

Karyakin  deyir ki,  Karlsen əvvəlki  yarışlardan  fərqli olaraq, son vaxtlar o qədər  də  sabit oynamır: “Onun iştirak  etdiyi son turniri  xatırlamaq kifayətdir. Həmin  yarışda  norveçli axırdan üçüncü yeri tutub. Bu  nəticə  Maqnus  üçün böyük  uğursuzluqdur. Lakin onun  səhvlərindən  istifadə  etmək  üçün  öz idman formanın  zirvəsində olmalısan”.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında