Qol vurmasan, mərhələ keçə bilməzsən...

Yox, Azərbaycanın futbol ictimaiyyətinin “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində görmək ümidləri doğrulmadı. Hərçənd üçüncü təsnifat mərhələsinin birinci raundunda Qlazqoda Şotlandiya çempionu “Seltik” ilə görüşdə qeydə alınmış kiçik hesabla (0:1) məğlubiyyətdən sonra evdə cavab matçı ərəfəsində vəziyyət elə də ümidsiz görünmürdü.

Təəssüf ki, heç də hər şey Ağdam klubunun və onun pərəstişkarlarının arzuladığı kimi olmadı. Azərbaycan çempionu görüşün əvvəlindən təşəbbüsü ələ alıb “Seltik”in müdafiə xəttinə güclü təzyiq göstərsə də, şotlandlar soyuqqanlı və etibarlı  oyun sayəsində hakimin final işarəsinədək qapılarını “sağ-salamat”  saxlaya bildilər. “Qarabağ”ın birinci hissəyə təsadüf edən ən təhlükəli hücümunda isə qonaqların qapıçısı Kreyq Qordan səhvsiz oynayıb Riçard Almeydanın güclü və sərrast zərbəsindən sonra topu məharətlə qaytara bildi.

Nəticədə gərgin görüşdə hesabın açılmaması (0:0) pley-off mərhələsinin qapısını Bakını sevinclə tərk edən “Seltik”in üzünə açdı. Bu gün İsveçrənin Nyon şəhərində keiriləcək püşkatma mərasimində Şotlandiya klubunun Çempionlar Liqasının, Azərbaycan təmsilçisinin isə Avroliqanın pley-off mərhələsində rəqibləri məlum olacaq. Bu zaman “Qarabağ” həm də növbəti görüşlərədək hücumun kəsərinin artırılması və həlledici zərbələrin dəqiqliyi üzərində ciddi düşünməlidir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında