“Sərbəstlər”: 2 qızıl, 3 bürünc medal

Azərbaycan idmançıları Serbiyanın Subotitsa şəhərində keçirilən yeniyetmələrin arasında sərbəst güləş üzrə Avropa çempionatında məşqçilərin etimadını doğrutmuşlar. Təmsilçilərimiz ikisi qızıl olmaqla beş medal qazanmışlar.

Ən yüksək müvəffəqiyyətə 50 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov və Alimaqomed Alixmayev (100 kq) nail olmuşlar. Onların hər ikisi çempionluq sevinci yaşamışdır. Xüsusi qeyd edək ki, Alixmayev, Türkiyə, Bolqarıstan və Gürcüstan idmançıları üzərində qələbələrdən sonra finalda erməni rəqibi Hovanes Maqaykanı cəmi bir dəqiqə ərzində məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Daha üç güləşçimiz Əsgər Məmmədəliyev (42 kq), Qadisa Geriya (58 kq) və İsmayıl Abdullayev (69 kq) isə bürünc medala sahib olmuşlar.

Dünən Avropa birinciliyində qızların turnirinə start verilmişdir. Avqustun 8-9-da isə xalça üzərində onları yunan-Roma üsulu ilə güləşənlər əvəz edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında