Rio-de-Janeyro Olimpiadası-2016: 365 gün qalır

Gələn il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə düz bir il qalır. Qarşıdakı 365 gün Olimpiadaya lisenziya xarakterli beynəlxalq yarışlar, o cümlədən dünya çempionatları və ayrı-ayrı qitələrin birincilikləri ilə zəngin olacaq.

Artıq avqustun 24-də planetin ən yaxşı cüdoçuları Qazaxıstanın Astana şəhərində dünya çempionatında görüşəcəklər. Azərbaycanın tatami ustaları bu yarışda yüksək yerlər uğrunda kifayət qədər geniş heyətlə mübarizə aparmağa hazırlaşırlar.

Sentyabrda isə güləşçilərimiz və bədii gimnastalarımız start xəttinə çıxacaqlar. Xalça ustalarının Rio-2016-ya lisenziya xarakterli dünya çempionatı ABŞ-ın Las-Veqas şəhərində təşkil ediləcək (7-12 sentyabr), bədii gimnastlar isə elə həmin günlərdə Almaniyanın Ştutqart şəhərində keçiriləcək dünya çempionatında medallarla yanaşı, Olimpiya “biletləri” uğrunda mübarizə aparacaqlar.

 Növbəti ayda “səhnəyə” boksçular çıxacaqlar. Rinq ustalarının oktyabrın əvvəlində Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı da beynəlxalq idman dairələrində böyük maraqla gözlənilir.

Qarşıda idmanın bir sıra digər növlərinin də nümayəndələrini məsul turnirlər, Olimpiya təsnifat yarışları gözləyir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tərkibinə daxil olan 200-dən çox ölkədən hər biri Olimpiadaya mümkün qədər çox vəsiqə qazanmaq əzmindədir. Lisenziyalar uğrunda necə kəskin rəqabət gedəcəyini təsəvvür etmək çətin deyil.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında