Azərbaycan cüdoçuları “Tbilisi-2015”-də daha bir qızıl medal qazanmışlar

İyulun 30-da, “Tbilisi-2015” Gənclərin 13-cü Avropa Olimpiya Festivalının növbəti yarış günü Azərbaycan cüdoçuları daha bir qızıl medala sevinmişlər. Komandamızda günün qəhrəmanı Hasil Cəfərov (73 kq ) olmuşdur.

Tatami üzərində yaxşı hazırlıq nümayiş etdirən təmsilçimiz bütün rəqiblərini, o cümlədən yarımfinalda Bosniya və Herseqovina idmançısını, finalda isə rumın Razvan Siolanunu məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir.

H.Cəfərovun bu müvəffəqiyyətindən sonra Azərbaycan cüdoçularının medallarının sayı beşə çatmışdır. Xatırladaq ki, turnirin ilk iki günündə Şəfəq Həmidova (40 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, İbrahim Bayramlı (50kq) və İsmayıl İbrahimov (60 kq) bürünc mükafatlar qazanmışlar.

Azərbaycan yığması festival proqramının dünənki yarışları ərəfəsində cüdoçuların uğurları sayəsində medalçı ölkələrin siyahısında 2 qızıl, 1 gümüş və 2 bürünc mükafatla 14-cü mövqedə qərar tutmuşdur. İlk üç pillədə Rusiya (7+5+7), İtaliya (7+2+3) və Macarıstan (6+2+6) irəliləyirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında