“Qəbələ” pley-off mərhələsinin astanasında

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra iki Azərbaycan təmsilçisindən biri pley-off mərhələsinə vəsiqə qazanmaq üçün özünə yaxşı zəmin yaratmışdır. “Qəbələ”nin Larnakada Kiprin “Apollon” klubu ilə görüşündə qeydə alınmış qollu heç-heçə (1:1) bu komandalar arasında Azərbaycan futbolçularının meydanında keçiriləcək cavab matçına marağımızı ikiqat artırır.

Əvvəla, şahidi olduğumuz kimi, “Qəbələ”   səfərdə özünü evdəki kimi hiss edərək çətin oyunda rəqibindən çəkinməyib, onunla bərabər səviyyədə mübarizə apardı, hətta bəzən daha yaxşı təsir bağışladı, hücum əməliyyatlarında kifayət qədər yüksək fəallıq nümayiş etdirdi. Kiprlilər artıq 14-cü dəqiqədə hesabı açmağa müvəffəq olsalar da, təmsilçimiz son dəqiqələrdə Cavid Hüseynovun dəqiq yerinə yetirdiyi penalti ilə imkanları bərabərləşdirə bildi.

Bu cütdən pley-off mərhələsinə kimin çıxacağı avqustun 6-da keçiriləcək cavab görüşündən sonra məlum olacaq. Əgər “Qəbələ” iki oyunun yekununda “Apollon” səddini də keçməyi bacarsa (buna futbol ictimaiyyətimizin ümidi böyükdür), avqustun 7-də onun nümayəndəsi pley-off mərhələsinin püşkatma mərasiminə dəvət olunacaq. Həqiqətən, komanda daha bir rəqibi mübarizdən kənarlaşdırıb Avroliqada yoluna davam etmək üçün özünə yaxşı imkan yaratmışdır. İndi qalır bu imkandan maksimum dərəcədə istifadə etmək.

“İnter”ə gəldikdə, ondan Bilbaoda heç kim qəhrəmanlıq gözləmirdi.  Paytaxt futbolçularının İspaniyada “Atletik” komandasına 0:2 hesabı ilə uduzmalarında məlum səbəblərdən təəccüblü bir şey yoxdur. Amma bu rəqiblər arasında da mübarizə hələ başa çatmayıb. Qarşıda Bakıda cavab görüşü durur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında