Azərbaycan cüdoçuları Avropa Gənclər Olimpiya Festivalına bir dəst medalla başladılar

Tbilisidə keçirilən 13-cü Avropa Gənclər Olimpiya Festivalının ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Cüdoçuların yarışlarında həmvətənlərimiz bir dəst medal qazanmışlar.

Ən böyük müvəffəqiyyətə qızların turnirində Şəfəq Həmidova nail olmuşdur. Finala qədər bütün rəqiblərinə qalib gələn həmvətənimiz həlledici görüşdə Rusiya təmsilçisi Anastasiya Kuterinanı da məğlubiyyətə uğradaraq 40 kq çəki dərəcəsində qızıl medalın sevincini yaşamışdır.

Daha iki mükafat isə oğlanların tunirində qazanılmışdır. Kəramət Hüseynov (55 kq) yalnız finalda moldovalı İon Mixaylova uduzub ikinci yeri tutmuş, İbrahim Bayramlı (50 kq) isə bürünc medala sahib olmuşdur.

Nəticədə Azərbaycan yığması  1 qızıl, 1 gümüş və 1 bürünc mükafat sayəsində festivalın ikinci günündən sonra medal qazanmış ölkələrin siyahısında səkkizinci yerə yüksəlmişdir. Yarışların ilk iki günündə ən yaxşı nəticəni isə Rusiya komandası göstərmişdir-4 qızıl, 4 gümüş, 1 bürünc medal.

Cədvəlin ikinci-üçüncü pillələlərində İtaliya (4 qızıl, 1 gümüş, 3 bürünc mükafat) və Moldova (3 qızıl medal) yer almışlar.

Dünən Gürcüstan paytaxtının idman komplekslərində yarışlar davam etdirilmişdir. Xatırladaq ki, Azərbaycan komandası festivalda 35 idmançı ilə təmsil olunur. Onlardan 12-si cüdoçu, 10-u yüngül atlet, 5-i üzgücü, 4-ü tennisçi, 3-ü velosipedçidir, 1 atletimiz isə bədii gimnastika yarışlarında iştirak edəcək.

 

*  *  *

 

İyulun 29-da cüdoçularımız daha bir medal qazanmışlar. Bu dəfə İsmayıl İbrahimov (60 kq) fərqlənmişdir. O, üçüncü yer uğrunda görüşdə israilli Amit Boboviçə qalib gələrək bürünc mükafatçı olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında