“Qarabağ” indi “Seltik”i oyundan çıxarmağa çalışacaq

Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsində qarşısında duran vəzifəni müvəffəqiyyətlə yerinə yetirmiş və üçüncü raundun “döyüşlərinə” hazırlığa başlamışdır.

Qurban Qurbanovun yetirmələri bir həftə  əvvəl Tofiq Bəhramov adına stadionda Çernoqoriyanın “Rudar” klubunun öhdəsindən  gələ bilməyərək qolsuz heç-heçə ilə kifayətlənsələr də (0:0) ölkə çempionumuzun pərəstişkarları “Rudar”ın meydanında Azərbaycan futbolçularından daha inamlı oyun gözləməkdə haqlı idilər.  Komanda onların ümidlərini tam doğrultdu.

Səfər görüşündə mübarizənin  və üçüncü təsnifat mərhələsinə vəsiqənin taleyini fasilədən sonra “Qarabağ”ın hücumçusu  Reynaldonun vurduğu yeganə top həll etdi.

İki oyunun ümumi  yekununda  1:0 hesabı ilə qələbə qazanan Ağdam klubunu növbəti mərhələdə Şotlandiyanın “Seltik” komandası ilə görüşlər gözləyir. Şübhəsiz, beynəlxalq meydanda kifayət qədər nüfuz sahibi olan bu klubla oyunlar daha çətin olacaq. Amma ötən illəri xatırlasaq, “Qarabağ” avrokuboklarda Şotlandiya təmsilçisindən də güclü rəqiblərlə mübarizədən qalib ayrılmağı bacarmışdır.

  Elə “Seltik” də “Qarabağ”dan az ehtiyat etmir. Komandanın baş məşqçisi Ronni Deylanın klubun saytına müsahibəsində söylədiyi fikir bunu təsdiq edir: “Biz öz oyunumuzu yaxşılaşdırmalıyıq, ”Qarabağ" güclü, yaxşı komandadır. Mən onun evdə Çernoqoriyanın “Rudar” komandasına  qarşı oyununu görmüşəm. Bizim üçün “Qarabağ”la oynamaq, “Styarnan” ilə oynamaqdan çətin olacaq. Bu, artıq başqa səviyyədir."

Gözləyək və ümid edək ki, “Qarabağ” öz yüksək ustalıq səviyyəsini ikinci təsnifat mərhələsində İslandiyanın “Styarnan” klubuna hər iki oyunda 2:0 və 4:1 hesabı ilə qalib gələn Şotlandiya çempionu ilə rəqabətdə də sübuta yetirə biləcək. İlk görüş iyulun 29-da “Seltik”in meydanında keçiriləcək, cavab matçı isə bundan bir həftə sonra Bakıda oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında