Ümumdünya Universiadasında 2 qızıl və 1 bürünc medal

Cənubi Koreyanın Kvancu şəhərində Ümumdünya Yay Universiadası başa çatmışdır. Azərbaycan atletləri dünya tələbələrinin bu ali idman məclisinin finişində 2 qızıl medalın sevincini yaşamışlar.

Hər iki yüksək mükafat yüngül atletika yarışlarında qazanılmışdır. Əvvəlcə təmsilçimiz Anna Skidan çəkic tullayan qadınların mübarizəsində bütün rəqiblərindən yüksək nəticə göstərərək Universiadanın çempionu olmuşdur.

Ertəsi gün isə təbrikləri Hayle İbrahimov qəbul etmişdir. O, 5000 metr məsafəyə final qaçışında finiş xəttini birinci keçib qızıl medallarımızın sayını ikiyə çatdırmışdır.

Bu medallar və Universiadanın ilk günlərində cüdoçu Hüseyn Rəhimlinin (73 kq) qazandığı bürünc mükafat sayəsində Azərbaycan yığması ümumkomanda hesabında 27-ci pilləyə yüksəlmişdir. Əgər idmançılarımızın Ümumdünya Universiadasında cəmi səkkiz nəfərlə (üç cüdoçu, üç qılıncoynadan və 2 yüngül atlet) təmsil olunduqlarını nəzərə alsaq, 2 qızıl və 1 bürünc medal, əlbəttə, çox yüksək nailiyyətdir. Yüz yetmişə qədər iştirakçı ölkə arasında 27-ci mövqedə qərar tutan Azərbaycan komandası yekun cədvəlində 100-dən çox ölkəni qabaqlaya bilmişdir.

Universiadanın çempionu adını isə yarış sahibləri Cənubi Koreya idmançıları qazanmışlar. Onlar 47 qızıl, 32 gümüş və 29 bürünc mükafata sahib olmuşlar. İkinci-üçüncü yerləri müvafiq surətdə Rusiya (34+39+49) və Çin (34+22+16) komandaları tutmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında