Azərbaycan idmançıları qələbə estafetini uğurla davam etdirirlər

Ölkəmizin paytaxtı Bakıda keçirilmiş birinci Avropa Oyunları  böyük tarixi hadisə kimi Avropanın və  Azərbaycanın  idman salnaməsinə  yazıldı.

Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsi bir daha müasir, demokratik, inkişaf edən Azərbaycanın  potensialını, gücünü, xalqımızın zəngin mədəniyyətini dünyaya göstərdi.Yarışlarda Azərbaycan komandasının ikinci yer tutması tarixi qələbə oldu. Azərbaycan idmançıları öz  gücünü, rəşadətini  və qüdrətini nümayiş etdirdi. Bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması Prezidentimiz İlham Əliyevin  gənclərə, ölkədə idmanın inkişafına dəstəyi, diqqət və qayğısının məntiqi ifadəsidir. Xalqımızın fərəhi,  sevincdən yaranan göz yaşları, qələbə sevinci, qürur  hissi vətəndaş birliyinin bariz nümunəsinə çevrildi. Bu inkişafın, yüksəlişin  nəticəsidir ki, Azərbaycan idmançıları elə bu gün də estafeti davam etdirərək dünya çempionatları və  yarışlarında böyük qələbələr qazanırlar. Bu günlərdə İtaliyanın Triest şəhərində  kontakt karatenin WKS növü üzrə  Dünya Karate İttifaqının  keçirdiyi dünya çempionatı başa çatmışdır. 35 ölkənin qatıldığı  mübarizədə Azərbaycanı 20 idmançı təmsil etmişdir.Yarışlarda ümumi hasabda  birinci yerə Ukrayna, 2-ci yerə Azərbaycan  komandası  layiq görülmüşdür. Müxtəlif çəki dərəcələri üzrə yarışlarda Azərbaycan karateçilərindən  7 nəfəri  qızıl medal, irikumi ju və irikumi go növləri üzrə ağır çəkidə (100 kq)   ölkəmizi təmsil edən  Ramin Paşayev isə gümüş və bürünc medalları qazanmışdır.Yarışlardan böyük sevinc və həvəslə söz açan  Ramin Paşayev demişdir:

—15 yaşımdan karate idman növü ilə məşğul olmağa başlamışam. Azərbaycan Karate Assosasiyasının prezidenti Nurəddin  Quliyevin  rəhbərliyi altında karatenin incəliklərini   gərgin keçən təlim məşqlərində  öyrənmişəm. Azərbacanda mövcud olan karate federasiyalarının yaranması və fəaliyyət göstərməsində onun böyük rolu olmuşdur. Məşqlərə başlayandan sonra 2000-ci ildə Dünya Karate  Federasiyalarının prezidenti Kasouya qarşısında  imtahan verərək 1-ci  qara kəmər seminarlarında olmuş,  respublikada keçirilən ölkədaxili yarışlarda bacarığımı göstərmişəm. Hazırda karatenin  şotokan versiyası üzrə məşğul oluram. Triest görüşlərində  isə ilk dəfə idi ki, bu versiya üzrə, karatenin daha sərt formasında  çıxış edirdim. Dünya Karete İttifaqının keçirdiyi çempionat uğurlu oldu, Litva və Ukrayna idmançııları ilə görüşlərim gərgin keçdi.  Bu yarışlar ilk açıq dünya çempionatı  idi. Ümumu komanda hesabında   Azərbaycanın ikinci pillədə yer tutması ölkəmizi təmsil edən karateçilərin uğuru idi. Bu yarışlarda karatenin hər iki versiyası üzrə  Rəşad Quliyev, İlham Təhməzov, Azər Əliyev və başqaları   müxtəlif çəki dərəcələrində qızıl medal aldılar. Mənim qismətimə isə gümüş və bürünc düşdü. Qələbəmə, yarışlarda iştirakım üçün yaradılan şəraitə görə,  ilk növbədə, gənclərin hamisi kimi hörmət qazanan SOKAR-ın prezidenti Rövnəq Abdullayevə, çalışdığım şirkətin sosial inkişaf idarəsinin rəisi Qasım İbrahimova, ilk müəllimim Azərbaycan Karate Do Federasiyaları Assosasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyevə, WKC növləri üzrə Azərbaycan Karate  Federasiyasının prezidenti Nurəddin Quliyevə, məşqçilərim  İlham Təhməzov və Malik Abbasova, təlim-məşq toplantılarında və yarışlarda iştirakım üçün mənə dəstək olan  İlham Hüseynova, Neman Soltanova və kollektivimizin bütün üzvlərinə  öz minnətdarlığımı bildirirəm.

Ramin Paşayev  onu da vurğuladı ki, ilk Avropa Oyunlarının  yüksək səviyyədə təşkili və keçirilməsi, möhtəşəm bir idman  bayramına çevrilməsi ölkəmizdə  idmanın inkişafına  böyük diqqət və qayğı olduğunu göstərdi. Azərbaycan idmançıları   qurur və iftixar duyaraq  daha böyük naliyyətlər əldə etmək üçün ciddi səy göstərib yeni qələbələr qazanacaqlarına əmindirlər. Mən də  çaışacağam ki, qarşıdakı yarışlarda ölkəmizin bayrağını ucaldanlardan  olum. Məşqləri davam etdirirəm.Bu ilin oktyabr ayında  MDB üzrə  karate  yarışları Odessada  keçiriləcək. Azərbaycan komandası  bu yarışlarda iştirak edəcək və inşallah, mən də o yarışlarda bir daha gücümü sınayacağam.

A.SADIQOĞLU
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında