“Tarixi Oyunlara yüksək səviyyədə ev sahibliyimiz daha bir inamlı qələbə idi”

“I Avropa Oyunlarının yüksək təşkilatçılığı Azərbaycan üçün ciddi sınaqlardan biri idi. Sevinirik ki, ölkəmiz bu sınaqlardan alnıaçıq, üzüağ çıxdı. Düzdür, Azərbaycan müstəqilliyini əldə edəndən sonra il-ildən uğurlu gəlir.

 Bütün sahələrdə, o cümlədən idmanda əldə etdiyimiz nailiyyətlər miqyasını getdikcə artırır. Müstəqilliyimizin ilk illərində hər hansı bir beynəlxalq yarışa ev sahibliyimiz müşkül məsələyə çevrilirdisə, hazırda mənzərə bambaşqadır. İstənilən idman növü üzrə müvafiq qurumlar Avropa, dünya çempionatlarının Bakıda keçirilməsinə can atırlar. Son illər tək idmanda yox, müxtəlif sahələrdə mötəbər tədbirlərin təşkilatçılığı Azərbaycana zəngin təcrübə qazandırıb. Tarixi Oyunlara yüksək səviyyədə ev sahibliyimiz daha bir inamlı qələbə idi”.

Bu sözləri qəzetimizə yunan-Roma güləşi üzrə “London-2012”-nin bürünc mükafatçısı Emin Əhmədov dedi. London Olimpiadasının iştirakçısı qitə Oyunlarının möhtəşəmliyi ilə heç də “London-2012”-dən geri qalmadığını bildirdi: “Oyunların açılış mərasimi möhtəşəm idman bayramının startından xəbər verirdi. Xüsusi qürur doğuran hallardan biri də o idi ki, bu yarışlarda çoxlu sayda Olimpiya, dünya çempionları iştirak edirdilər. Ölkəmizi gözü götürməyən qüvvələrin dediyi kimi, burada ikinci dərəcəli idmançılar mübarizə aparmırdılar. Bu da faktdır ki, titullu, dünya reytinqində yüksək pillələrdə qərarlaşan idmançıların bir çoxu Bakını medalsız tərk etdi. Bu, yarışların gərgin rəqabət şəraitində keçməsinin daha bir sübutudur.

İlk Avropa Oyunları zamanı paytaxtımızda gözəl əhval-ruhiyyə hökm sürürdü. Yarışların keçirildiyi arenalarda tamaşaçı fəallığı xüsusilə diqqəti cəlb edirdi. Azarkeş dəstəyi idmançıların mübarizliyini daha da artırırdı”.

Olimpiya mükafatçımız ilk Avropa Oyunlarında komandamızın mübariz ruhunu xüsusilə qeyd etdi: “İdmançılarımızın hər biri qələbəyə köklənmişdi. Onlar doğma divarlardan güc alır, çılğın azarkeş dəstəyinə gözəl idman mübarizəsi ilə cavab verirdilər. 21 qızıl medal qazanan və Avropa ölkələri arasında ikinci yeri tutan Azərbaycan komandası güclü potensialını bir daha dünyaya nümayiş etdirdi”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında