Firdovsi FƏRZƏLİYEV: “Fəxr edirəm ki, birinci Avropa Oyunlarının ilk qızıl medalını bizim idmançılar arasında mən qazandım”

Birinci Avropa Oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyan, ölkəmizin adını dünya idman tarixinə yazdıran, bayrağımızı ucaldan atletlərimizdən biri də karateçi Firdovsi Fərzəliyevdir. O, söhbət zamanı dedi:-Birinci Avropa Oyunları xoş təəssüratlarla yadda qalıb.

Belə mühüm idman yarışında iştirak etmək və qalib gəlmək çox sevindirici və qürurverici idi. Qazandığım qələbə bütün Azərbaycan xalqına məxsusdur. Ona görə də bu qələbəni yarışlarda mənə azarkeşlik edən, dəstəkləyən xalqıma həsr etmişəm. Bundan sonrakı bütün yarışlarda da mənə göstərilən etimadı doğrultmağa və qələbə qazanmağa çalışacağam.

Firdovsi Fərzəliyev söhbət zamanı əldə etdiyi qələbə anlarını isə belə xatırladı:- “Baku Crystal Hall”da keçirilən altmış kiloqram çəki dərəcəsində yarışlar gərgin və maraqlı mübarizə şəraitində reallaşdı. Finalda rəqibim İtaliya idmançısı Luka Maresku idi. Görüş tam üstünlüyümlə keçdi. Mübarizənin başa çatmasına təqribən 2 dəqiqə qalmış 2:0 hesabı ilə irəli çıxdım. Görüşün qalan 1 dəqiqəsində isə daha iki dəfə fərqləndim və 4:0 hesabı ilə qələbə qazanaraq çempion adına layiq görüldüm.

Azərbaycan millisi üçün ilk qızıl medal qazanmağımın elan olunması, eyni zamanda, dövlət himnimizin səslənməsi, bayrağımızın ucaldılması ömrümün ən unudulmaz anları idi. Bir də ki, fəxr edirəm ki, birinci Avropa Oyunlarının ilk qızıl medalı mənə nəsib oldu. Bu, həm də məni gələcəkdə yeni-yeni idman uğurlarına səsləyir.

Birinci Avropa Oyunlarının ilk qızıl medalçısı söhbətinin sonunda dedi:-Azərbaycan Prezidenti  cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifənin – Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində baş tutması üçün hər birimiz vəzifəsindən, sosial statusundan, milli etnik və dini mənsubiyyətindən asılı olmayaraq, əməli fəaliyyətimizlə töhfəmizi verdik. Sonda isə  əldə edilən uğurlar bütün dünyaya yayıldı. Buna görə də hər birimiz xalqımıza birinci Avropa Oyunlarının həyəcanını, sevincini yaşatdığı üçün möhtərəm dövlət başçımıza, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarıq.

Möhtəşəm idman bayramı günlərində dünya ölkəmizin həm nümunəvi ev sahibliyini, həm də xalqımızın nəyə qadir olduğunu gördü və Azərbaycan birinci Avropa Oyunlarının keçirilən ilk ölkə kimi adını tarixə qızıl hərflərlə yazdı.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında