I Avropa Oyunları Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi

 “Bakı 2015” Avropa Oyunlarının karate üzrə qızıl medalçısı  Rafael Ağayev bu möhtəşəm idman bayramı ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. O, dedi:- İlk dəfə Azərbaycanda reallığa çevrilən ilk Avropa Oyunlarında hər keçən gün bir-birindən maraqlı mübarizələrlə yadda qaldı.

Azərbaycan idmançıları qazandıqları qızıl medalların sayına görə də ölkəmizin dünyada böyük idman dövlətlərindən biri olduğunu sübut etdilər. Bəli,  heç kim Azərbaycan atletlərinin Avropa Oyunlarında bu qədər medal qazanacağını gözləmirdi. Proqnozlara, təxmini hesablamalara görə, idmançılarımızın 20-25 medal qazanacaqları söylənilirdi. Yekunda isə atletlərimiz Azərbaycan idmanı tarixində yeni rekord əldə etdilər: ümumilikdə 56, o cümlədən 21 qızıl medal qazanaraq ölkəmizin adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdılar. Yeri gəlmişkən, ilk Avropa Oyunlarının iştirakçısı olan 50 ölkədən 42-si medal qazandı. Bu, artıq Oyunların uğuru deməkdir.

Bəli, dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan Avropa Oyunlarına ən yüksək formada ev sahibliyi etməklə bir daha istənilən beynəlxalq idman yarışlarını  keçirməyə qadir olduğunu sübut etdi. Azərbaycan həm də adını Avropa Olimpiya hərəkatının tarixinə yazdırmaqla yeni uğura imza atdı. Bu, ölkəmizin, xalqımızın  qələbəsi deməkdir.  Azərbaycanın birinci xanımı, “Bakı 2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva hələ Avropa Oyunlarının açılış mərasimində xüsusi olaraq vurğulamışdı: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır”.

Mehriban xanım Əliyeva iyunun 29-da Oyunlarda qalib gəlmiş biz idmançılarla görüşündə isə dedi ki, müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Prezident İlham Əliyevin  əməyi, biliyi, iradəsi durur. Biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Dövlət başçısının və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atdı. Ən çətin məqamlarda, ən dramatik anlarda ölkə Prezidenti bizə arxa oldu. Onun ölkəmizə, xalqımıza olan inamı heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Cənab Prezident bir daha bütün dünyaya sübut etdi ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.

Heç şübhəsiz, bundan sonra Avropada və dünyanın digər ölkələrində keçiriləcək mötəbər yarışların ev sahibləri Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu, belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında