Artyom SURKOV: Azərbaycanlı azarkeşlər fəal dəstək göstərirdilər

“Mən Avropa Oyunlarına ancaq qələbə əzmi ilə gəlmişdim. Mənə dəstək göstərən və azarkeşlik edən hər kəsin  ümidlərini doğrulda bildim.

Açığı, azərbaycanlı tamaşaçıların coşqulu dəstəyi məni yaxşı mənada təəccübləndirdi. Azərbaycanlı azarkeşlər, tamaşaçılar çox fəal şəkildə dəstək nümayiş etdirirdilər. Mənim karyeramda bu cür hallar az-az olub.”

Bu sözləri birinci Avropa Oyunlarının yunan-Roma güləşi turnirində  erməni idmançı Miqran Arutyunyan üzərində 2:0 hesabı ilə qələbə çalaraq qızıl medal qazanan Rusiya idmançısı Artyom Surkov (66 kq)  wrestrus.ru  saytına müsahibəsində açıqlayıb. Qələbənin sevincini yaşayan güləşçi  Bakıda keçirilən Avropa Oyunları barədə öz təəssüratlarını da bölüşüb və Oyunların yüksək səviyyədə təşkil edildiyini qeyd edib : “Hər şey çox xoşuma gəldi. Hər şey öncədən düşünülmüşdü; Atletlər kəndində, məşq zalında yüksək şəraiti, əlbəttə ki, tribunaların dəstəyini qeyd etməliyəm.”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında