“İndi daha böyük meydan istəyirik”

“Müstəqil Azərbaycan daha bir zirvə – Avropa Olimpiya hərəkatının zirvəsini fəth etdi. Bu zirvəyə gedən yolun başlanğıcı respublikamızın müstəqilliyini ikinci dəfə bərpa etdiyi dövrünə təsadüf edir. Cəmi 24 illik tarix çox böyük işlər görməyə kifayət etdi. Azərbaycan, müstəqilliyin ilk illərində bütün sahələrdə yaranan tənəzzülü, böhranı, nəinki  aradan qaldıra bildi, hətta dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. İlk Avropa Oyunları kimi möhtəşəm bir yarışı yüksək səviyyədə keçirməklə hərtərəfli inkişaf etmiş bir ölkə olduğunu dünyaya bir daha nümayiş etdirdi”.

Bunu qəzetimizə Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi İqdam Ələkbərov dedi. Veteran idmançı Oyunların yüksək səviyyədə keçirlməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirdi: “Məşəl estafetinin davam etdiyi günlər respublikada böyük bir coşqu var idi. Şadam ki, tarixi Oyunların ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyətini gənc nəsil də gözəl anlayır. Biz, orta nəsil idmançılar çox əziyyət çəkmişik. Azərbaycandan kənara çıxmaq, adi bir beynəlxalq yarışda iştirak etmək üçün bir neçə mərhələdən keçməli idik.  Görün, müstəqil Azərbaycan nə qədər inkişaf edib ki, artıq biz Avropa dövlətlərini bayrağımız altında Olimpiya Oyunlarına bərabər bir yarışa dəvət edirik. Onlar üçün qitənin ən böyük idman bayramının standartlarını müəyyənləşdiririk. İdman nəticələrimizlə özlərini lider sayan dövlətləri belə geridə qoymağa müvəffəq oluruq. Azərbaycan xalqı bu günü gözləyirdi. Xalqımızı bundan da gözəl gələcək gözləyir. Bundan sonra öz gücümüzü nümayiş etdirmək üçün daha böyük meydan istəyirik. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, daha böyük xariqələr yaratmağa qadirdir”.

Azərbaycanın dünyada günü-gündən artan nüfuzunun hansısa qüvvələrdə qıcıq yaratdığını deyən veteran idmançı, bu səbəbdən ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını bildirdi: “Qəsbkar Ermənistan Azərbaycan xalqının torpaqlarını işğal edib, 1 milyona qədər insanı dədə-baba yurdundan didərgin salıb, xalqımıza qarşı soyqırımı törətməklə çox ağır cinayətlərə yol verib. Bu cinayətləri ört-basdır etməkdən ötrü beynəlxalq aləmdə doğru olmayan rəyi formalaşdırmaqda davam etmək onlara böyük fayda verərdi. Hansı yolla olursa-olsun, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə mane olmaq istəsələr də, bütün cəhdləri uğursuz oldu.

Avropa Oyunlarının keçirildiyi günlərdə Oyunların yüksək səviyyəsi və bu zaman xalqın nümayiş etdirdiyi birlik qarayaxma kampaniyasına böyük zərbə vurdu. Üstəlik, komandamızın müzəffər qələbəsi çirkin niyyətli qara qüvvələrin və onları dəstəkləyənlərin yarasına sanki duz tökdü. Azərbaycan dövləti isə ilk Avropa Oyunlarının uğurlu təşkilindən sonra yeni zirvələri hədəf seçib . Növbəti hədəf Yay Olimpiya Oyunlarıdır. Xalqımız əmindir ki, dünyanın ən əzəmətli idman yarışları da ölkəmizdə yüksək səviyyədə keçiriləcək".

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında