İoan BIRLADEANU: I Avropa Oyunlarında iştirak etmək qürurverici idi

Rumıniya Kanoe Federasiyasının prezidenti İoan Bırladeanu bu ölkənin kanoe idmanı üzrə atletlərinin “Bakı-2015" ilk Avropa Oyunlarında yüksək nəticələr göstərdiyini bildirib. O deyib ki, Rumıniya nümayəndə heyəti üçün birinci medalı (gümüş) Roksana Borha və Elena Meroniakdan ibarət qadın kanoe komandası qazanıb.

Federasiyanın prezidenti yarışların keçirildiyi Mingəçevir şəhərində yaradılan infrastrukturun ən yüksək standartlara cavab verdiyini deyib. O, Azərbaycanda rumın idmançılara olan səmimi münasibəti, yüksək qonaqpərvərliyi xüsusi vurğulayıb.

İ.Bırladeanu dost Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında iştirak etməyin rumın atletləri üçün qürurverici olduğunu deyib. O, Azərbaycanda keçiriləcək yeni yarışları səbirsizliklə gözlədiyini qeyd edib.

İqbal HACIYEV,
AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında