Andre MEYER: Avropa Oyunları voleybol üçün yaxşı şans yaratdı

Bu günlərdə Avstriyanın paytaxtı Vyanada keçirilmiş 2015-2016-cı illər mövsümü üçün voleybol komandalarının   Çempionlar Liqasında qrup mərhələsi yarışlarının  püşkatma mərasimindən sonra Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer qarşıdakı turnirdən gözləntiləri barədə danışarkən Avropa Oyunlarına da toxunub, bu yarışların əhəmiyyətindən söhbət açıb:

—Biz Azərbaycandan yenicə qayıtmışıq, orada tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının şahidi olduq. Oyunların miqyası geniş idi. Aydın hiss etdik və bunu qeyd etmək fərəhlidir ki, Bakı çoxlarını maraqlandıran yaxşı idman məhsulu təklif etdi. Avropa Oyunları voleybol üçün gözəl şans yaratdı. Biz əvvəlkitək öz işimizi daha da təkmilləşdirməyə çalışırıq və istərdik ki, Avropa Oyunlarında yaradılan baza öz davamını tapsın".

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında