Portuqaliya ilə heç-heçə

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Portuqaliyada keçirilən Avropa çempionatının seçmə mərhələsinə meydan sahiblərinə qarşı görüşdə heç-heçə ilə başlamışdır - 2:2.
Əlbəttə, startda təşkilatçı ölkənin komandası ilə oyunda qazanılmış bir xal pis nəticə deyildir. Hərçənd həmyerlilərimiz qələbəyə də yaxın olmuşlar. Artıq birinci hissənin ortalarında Mirhüseyn Seyidov hesabı açmış, ikinci hissənin əvvəlində isə Tural İsgəndərov komandasının üstünlüyünü iki topa çatdırmışdır. Lakin qalan vaxt ərzində portuqaliyalılar hər iki qolun əvəzini çıxıb hesabı bərabərəşdirə bilmişlər.
Bu rəqiblərin çıxış etdikləri 3-cü qrupda keçirilən digər oyunda Gürcüstan yığması Yunanıstan komandasına qalib gəlmişdir - 1:0.
Azərbaycan futbolçuları növbəti görüşü bu gün yunanıstanlı yaşıdlarına qarşı keçirəcəklər. Komandamızın Gürcüstanla oyunu isə oktyabrın 16-da olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında