Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda

"Zenit" Cəmiyyəti Respublika Şurasının Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi, XIII spartakiadası bu deviz altında keçirilir. Zəhmətkeşlərin bütün təbəqələrini əhatə edən spartakiadanın ilkin mərhələləri yerlərdə əmək kollektivlərində təşkil olunmuşdur. İndi isə ən güclülər paytaxt Bakıda final mərhələsində mübarizəyə başlamışlar. Noyabrın 23-dək davam edəcək final yarışlarına mini-futbol turniri ilə start verilmişdir.
"Zenit" cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda çalışan zəhmətkeşlərin və onların ailə üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, müntəzəm bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi, müəssisə və təşkilatlarda bədən tərbiyəsi və idman işlərinin daha yaxşı təşkil edilməsi, ən güclülərin aşkara çıxarılması məqsədinə xidmət edən spartakiadanın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev başçılıq edir. Spartakiadanın baş hakimi isə beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevdir.
Spartakiadanın proqramına idmanın on növu - mini-futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı üzrə yarışlar daxildir. "Zenit"in ən yaxşı idmançılarının rəqabətində birinci olaraq mini-futbol turnirinin iştirakçıları qalib və mükafatçıları müəyyənləşdirəcəklər (11-17 oktyabr). Spartakiadaya güllə atıcılığı yarışları ilə yekun vurulacaqdır (22-23 noyabr).
"Zenit"in Respublika Şurasının spartakiadaları cəmiyyətin yarışlar təqvimində çoxdan özünə möhkəm yer etmişdir. Onun startları həmişə böyük maraqla qarşılanır. Bu yarışlar ayrı-ayrı idman növlərində qalibləri aşkara çıxarmaqla yanaşı, cəmiyyətin bədən tərbiyəçiləri və idmançılarının sıralarının genişlənməsinə, əməkçilərin asudə vaxtının səmərəli təşkilinə, onların gümrahlıq və sağlamlıq məşğələlərinə marağının artmasına güclü təkan verir. Şübhəsiz, bu dəfə də iştirakçılar yarışlardan maksimum fayda götürməyə çalışacaqlar.
Beləliklə, "Zenit" Cəmiyyəti Respublika Şurasının növbəti spartakiadasının final yarışları artıq start xəttindədir. Spartakiadanın təntənəli açılış mərasimi isə oktyabrın 15-də saat 15-də Milli Aviasiya Akademiyasının idman kompleksində keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında