“Davamı olan Oyunlar”

Belarus Teleqraf Agentliyi (BELTA) “7 dney” qəzetində bu başlıq altında dərc edilmiş geniş həcmli yazını oxucuların diqqətinə çatdırmışdır. Məqalənin müəllifi Vjaçeslav Dutov “Bakı-2015" birinci Avropa Oyunlarından aldığı zəngin təəssürat haqqında böyük razılıq hissi ilə söhbət açmışdır.

Azərbaycan paytaxtında Oyunların iştirakçıları üçün yaradılan əla şəraiti, yarışların böyük idman bayramına çevrildiyini xüsusi qeyd edən müəllif Belarus Respublikası idmançılarının şəhərimizdə uğurlu çıxışları üzərində ətraflı dayanmış, onların 43 medal 10 qızıl, 11 gümüş və 22 bürünc mükafat qazanaraq ümumkomanda hesabında 7-ci yeri tutduqlarını bir daha xatırlatmışdır. Məqalənin bir hissəsi ilə yaxından tanış olaq:

“Avropa idmanının zəngin tarixinə sadəcə, adi  yox, ən parlaq  səhifə yazılıb. Axı indiyə qədər belə bir şey olmamışdı. Deməli, bu səhifəni idmançıların, o cümlədən Belarus atletlərinin bir yox, neçə-neçə nəsli dönə-dönə oxuyacaq və ondan ”sitat"gətirəcək. Aydındır ki, söhbət birinci Avropa Oyunlarından gedir. Bu Oyunlar bizə bir çox həyəcan dolu və yaddaqalan hadisə bəxş edərək “Ey idman! Sən sevinc gətirirsən”– deyimini bir daha xatırlatdı. Avropa Oyunlarının məşəllərindən biri isə bizə simvolik şəfəq saçacaq. Bu məşəl Belarus Milli Olimpiya Komitəsinin muzeyində özünə layiqli yer etmişdir.

İlk Oyunlar həmişəlik ilk kimi qalacaq. Çünki bu Oyunlar yeni salnamənin başlanğıcıdır. “Avropa Oyunları -2015” bir çox göstəricilərə-yüksək təşkilatçılığına, Avropa nümunəli genişmiqyaslı yeni yarışların bayraqdarları olmuş müxtəlif ölkələrin atletlərinin xeyirxahlıq və birlik  nümunəsinə görə tarixdə özünə möhkəm yer edəcək".

Həqiqətən də, Bakıda  Avropa Oyunları yaddaşlarda həmişəlik olaraq ilk Oyunlar kimi qalacaq. Birinci Avropa Oyunlarının paytaxtı Bakıda hər şey gözlənildiyindən, arzu olunduğundan da yüksək səviyyədə idi.

Avropanın idman hərəkatında yeni dövr tarixinin ilk səhifəsini qızıl hərflərlə yazan Bakı 50 ölkənin xoş niyyətli, daim yeniliklərə can atan gənclərini öz bayrağı aıtında biləşdirib əsl həmrəylik və dostluq nümunəsi göstərdi.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında