“Bakı-2015”: Paralimpiyaçılar mükafatlandırıldılar

Azərbaycan Milli Paralimpiya Komitəsinin “Bakı-2015” Avropa Oyunlarının yekunlarına həsr olunmuş iclası keçirildi. MPK-nin prezidenti İlqar Rəhimov iclası açaraq qeyd etdi ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilərək uğurla başa çatması ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 O bildirdi ki, Azərbaycan komandasının 50 ölkə arasında ikinci nəticəni əldə etməsi möhtəşəm qələbədir. Natiq “Bakı-2015"-in bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığını və onların böyük həvəslə bütün yarışları izlədiklərini sevindirici hal olduğunu vurğuladı. İ. Rəhimov Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2015" Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın paralimpiyaçı idmançılara xüsusi diqqət yetirdiklərini vurğuladı, onlara paralimpiya ailəsi adından təşəkkürünü bildirdi. Oyunlarda iştirak edən 3 idmançının 3-nün də medal qazandığını deyən natiq komitə tərəfindən qarşıya qoyulmuş məqsədin layiqincə yerinə yetirildiyini dedi.

I Avropa Oyunlarının qalibi İlham Zəkiyev, gümüş medalçı Səbinə Abdullayeva, bürünc mükafatçı Zakir Mislimov və onların məşqçiləri iclasda çıxış edərək öz təəssüratlarını bölüşdülər, belə bir möhtəşəm tədbirin Bakıda keçirildiyinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Sonda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə İlham Zəkiyev MPK-nin “Paralimpiya medalı” ilə təltif edildi. “Bakı-2015"-də yüksək nailiyyətlərə və yarışların hazırlanıb keçirilməsində fəal iştiraka görə idmançı, məşqçi və idman mütəxəssisləri fəxri fərman və diplomla mükafatlandırıldılar.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında