Teymur MƏMMƏDOV: Bayraqdar olmağım mənim üçün dəyərli anlar idi

“Azərbaycanın ev sahibliyi etdiyi  birinci Avropa Oyunları  yüksək səviyyədə  təşkil edilmişdi. Vətəndə, doğma divarlar arasında çıxış etmək və qalib gəlmək  çox fərəhlidir.”  Bu fikirləri I Avropa Oyunlarının qızıl medal mükafatçısı, boksçu  Teymur Məmmədov bildirdi.

Onun sözlərinə görə, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri  təkcə azarkeşlərin deyil, yerli və əcnəbi atletlərin də ürəyincə  olub. Avropa başda olmaqla, beynəlxalq idman ictimaiyyətinin və medianın diqqətində olan  Avropa Oyunlarında atletlərimizin əldə etdiyi yüksək nəticələr Azərbaycanı komanda  hesabında ikinci yerə çıxardı.  İndi isə qarşıda əsas hədəf növbəti yarışlara hazırlaşmaqdır: “Gələn il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bundan da yaxşı nəticə göstərəcəyimizə inanıram. Amma ilk növbədə Olimpiadaya lisenziyalar qazanmalıyıq. Bundan ötrü isə qısa istirahətdən sonra hazırlıqlara başlamalıyıq”.

Qızıl medal mükafatçısı Avropa Oyunlarının bağlanış mərasimində bayraqdar olmasından da danışdı. O qeyd etdi ki, Avropa Oyunlarının iyirmi bir qalibi arasından bayraqdar seçilməsi onun üçün gözlənilməz hadisə olub.  “Bayraqdar olacağım barədə xəbər mənim üçün xoş sürpriz oldu. Bir vətənpərvər azərbaycanlı gənc  və idmançı kimi bayrağımızı bağlanış mərasimində dalğalandırmaq  mənim üçün dəyərli anlar idi. Oyunlarda bizi izləyən və dəstək olan hər kəsə təşəkkür edirəm”.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında