Məhəmmədrəsul MƏCİDOV: Azərbaycanın komanda hesabında ikinci olması yüksək nəticədir

Birinci Avropa Oyunlarında  91 kq çəki dərəcəsində boks yarışlarında  bürünc medal qazanmış Məhəmmədrəsul Məcidov  öz təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdü: “Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil edilmişdi. Bu özünü istər açılış və bağlanış mərasimlərində, istərsə də, Oyunların gedişində göstərdi. Açılış və bağlanış mərasimlərinin kompozisiyası və süjeti tamaşaçıları həqiqətən heyran etdi.

İlk dəfə keçirilən  Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşdı. Bu yüksək göstəriciyə görə çox sevinirəm. Bu, gənc müstəqil   ölkə olan Azərbaycan üçün çox yüksək nəticədir. Bununla da, Azərbaycan bir daha dünyaya özünü idman ölkəsi kimi tanıtdı. 

Yarışlara ciddi hazırlaşmışdıq. Azarkeşlər təkcə boksçularımıza deyil, digər idman növlərində yarışan atletlərimizə də fəal şəkildə dəstək olurdular. Yarışları bürünc medalla başa vurdum. Təəssüf ki, zədə aldığım üçün yarımfinal görüşünə çıxa bilmədim.  Ancaq düşünürəm ki, növbəti yarışlarda azarkeşləri qızıl medalla sevindirəcəyəm. Oyunlarda uğur qazanmış atletlərimizi təbrik edir, bundan sonrakı fəaliyyətlərində qələbələr arzu edirəm”.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında