Andrea ÇİTU: Bakıda bütün atletlər üçün super şərait yaradılmışdı

Birinci Avropa Oyunlarında qadınlar arasında cüdo yarışlarında 52 kq çəki dərəcəsində  rumıniyalı cüdoçu Andrea Stefania  Çitu bütün rəqiblərinə qalib gələrək  birinci yer tutub. O, dünən Vətənə yola düşməzdən əvvəl “Bakı-2015” yarışlarının təntənəli bağlanış mərasimində jurnalist həmkarlarımıza demişdir:

– Mən komandamıza ikinci qızıl medal qazandırdığıma görə çox xoşbəxtəm. Finalda israilli cüdoçu Roni Hvatrsla qarşılaşdım. Nə gizlədim, rəqibim kifayət qədər təcrübəli və güclü idi. Lakin bütün bacarığımı ortayaq qoyaraq qələbə qazandım. Həmin anı bütün həyatım boyu unutmayacağam. Rumıniyanın milli himni səslənəndə dünya qədər sevindim. Final görüşündə zalda olan yerli azərkeşlərə də çox minnətdaram. Görünür, onlar qələbəmi ədalətli saydıqları üçün davamlı olaraq məni alqışladılar.

Rumıniyalı atlet daha sonra bunları əlavə edib:

– Bakı yarışları cüdo üzrə Avropa çempionatı ilə bir vaxta təsadüf etmişdi. Mən Bakıya gələrək burada birinci yeri tutmağımdan fəxr duyuram. Azərbaycan paytaxtında yarışlara qatılan bütün atletlər üçün super şərait yaradılıb. Olimpiya stadionunun yaxınlığında yerləşən “Olimpiya kəndi” ecazkar bir yerdir. Bəli, Bakı mənim yaddaşımda həm isti havası, həm də səmimi, xeyirxah insanları ilə qalacaq. Sevininrəm ki, burada idmana dövlət səviyyəsində bu qədər böyük önəm verirlər, idmançılara hər cür qayğı göstərirlər.  

Yeri gəlmişkən, dünən yerli vaxtla saat 11.30-da Rumıniyanın milli komandası xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb. Bu barədə Rumıniya Milli Olimpiya Komitəsinin informasiya saytı məlumat yayıb.

Xəbərdə deyilir ki, paytaxt Buxarestdəki “Henri Koanda ” aeroportunda atletləri Rumıniya Olimpiya və İdman Komitəsinin sədri Alin Petraçe, bu qurumun baş katibi Con Dobresku, eləcə də ölkənin idman ictimaiyyətinin rəsmiləri, çoxsaylı fanatlar və başqaları qarşılayıblar.

Mərasimdə çıxış edən rəsmilər “Bakı-2015” yarışlarının yüksək səviyyədə keçirilməsini, bütövlükdə qitə səviyyəsində baş tutan Oyunların Avropada idmanın inkişafına böyük təsir göstərəcəyini xüsusi vurğulayıblar. Onlar Bakı yarışlarında iştirak edən bütün Rumıniya idmançılarını təbrik ediblər.  Ümid etdiklərini bildirblər ki, rumıniyalı atletlərin Bakıda əldə etdikləri təcrübə onların 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiadasında yeni uğurlu çıxışları üçün faydalı olacaq.  Xatırladaq ki, rumınlar Bakıda üçü qızıl olmaqla 12 medal qazanıblar.

Qeyd edək ki, Rumiyanın qılıncoynatma üzrə milli komandası ənənəvi olaraq Avropanın güclü komandalarından biri sayılır. Təsadüfi deyil ki, Anna Maria Ciz, Kristina Simona German, Simona Pop və Amalia Tataran kimi təcrübəli idmançılardan ibarət rumıniyalı qılıncoyanadanlar “Bakı-2015” yarışlarında əla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yeri gəlmişkən, Anna Maria Ciz və Kristina Simona German fərdi yarışlarda da fərqləniblər. Belə ki, Anna fərdi yarışlarda qızıl medal, Kristina isə bürünc medal qazınıb. Buxarestdə yerli media təmsilçilərinin suallarını cavablandırarkən hər iki atlet Azərbaycan, paytaxt Bakı, eləcə də Oyunların təşkili barədə xoş sözlər söyləyiblər.  

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında