Nikola ADAMS: “Bakı-2015” I Avropa Oyunları tarixin bir hissəsidir

“Bakı-2015" ilk Avropa Oyunlarında britaniyalı atletlərin çıxışı bu ölkənin mediası tərəfindən geniş işıqlandırılır.

Qadınların boks yarışlarında qızıl medal qazanan Olimpiya çempionu Nikola Adams təəssüratlarını bölüşüb. Zədə səbəbindən aylarla rinqlərdən kənar qalan 32 yaşlı boksçu “Skysports.com” portalına müsahibəsində ilk Avropa Oyunlarının qalibi olmaqla, möhtəşəm qayıdış etdiyini deyib.

“Çox gözəl hisslər keçirirəm, Böyük Britaniyaya tarixin bir hissəsini apardığıma inana bilmirəm. Bütün zamanlarda tarix yazmağı bacarmaq inanılmaz duyğudur. Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Gərgin məşqlər keçirdim. Nəyə qadir olduğumu hər kəsə göstərmək istəyirdim,” - deyə o bildirib.

Nikola Adams növbəti hədəfinin “Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və orada uğurla çıxış etmək olduğunu deyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında