Viktor PETROV: Bakıda Oyunlarda iştirakımdan böyük zövq aldım

“Bakı-2015"-in boks turnirinin bürünc mükafatçısı ukraynalı Viktor Petrov (69 kq) sport.ua saytına müsahibəsində Avropa Oyunlarında iştirakından böyük zövq aldığını, yaxşı təcrübə qazandığını söyləyib:

– Bakı turnirinə “Köhnə qitə”nin ən güclü boksçuları toplaşıblar. Ona görə də çıxış etmək çox çətin idi. Lakin mən bu yarışda iştirakımdan böyük zövq aldım. Çox böyük təcrübə qazandım, gələcəkdə bu təcrübənin mənə köməyi olacaq.

Daha yüksək əyarlı medal qazanmaq istərdim, amma bunu edə bilmədim. Bununla belə, düşünürəm ki, uğurla çıxış etmişəm. Axı indi məndə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının bürünc medalı var.

Sayt həmçinin bildirir ki, Ukrayna Olimpiya Komitəsinin prezidenti Sergey Bubka Petrovu, onun məşqçilərini, federasiyanı təbrik edib və onlara yeni uğurlar arzulayıb.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında