Bağlanış mərasimində Rusiya komandasının bayraqdarı üzgüçü olacaq

Rusiya Olimpiya Komitəsinin rəsmi saytında bildirilir ki, iyunun 28-də Bakıda Avropa Oyunlarının bağlanış mərasimində Rusiya yığmasının bayraqdarı üzgüçü Anton Çupkov olacaq

On səkkiz yaşlı A.Çupkov Bakıda 3 qızıl medal qazanıb. O, 2014-cü ildə Nankində (ÇXP) keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi və mükafatçısıdır, Rusiya və Avropa birinciliklərində dəfələrlə fəxri kürsüyə yüksəlmişdir. Gənc üzgüçü iyul-avqust aylarında Kazanda keçiriləcək idmanın su növləri üzrə dünya çempionatında milli komandanın heyətində çıxış edəcək.

Avropa Oyunlarında Rusiya idman nümayəndə heyətinin rəhbəri İqor Kazikov deyib: —Antonun namizədliyi kollegial qərarla seçilib. Rusiya Olimpiya Komitəsinin, İdman Nazirliyi və idman federasiyaları rəhbərlərinin fikrincə, Çupkov bayraqdar roluna çox layiqdir.

İdmançının özü isə deyib ki, əlbəttə, Avropa Oyunlarında Rusiya komandasının bayraqdarı olmağa çox şadam.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında