Aleksandr JUKOV: Olimpiada proqramına karate və sambo daxil edilə bilər

“Bakıda I Avropa Oyunları sambonun necə maraqlı idman növü olduğunu göstərdi”.

Bu barədə Trend-ə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında deyib.

I Avropa Oyunlarında təmsil edilən qeyri-olimpiya idman növlərinin Olimpiada proqramına daxil edilməsindən danışan A.Jukov artıq karate ilə sambonun belə bir iddiada olduğunu qeyd edib: “Düşünürəm ki, bu il sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul ediləcək. Hamımız sambonun necə maraqlı idman növü olduğunu gördük”.

O, həmçinin I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarını çox bəyəndiyini bildirib: “Bu idman növü çox gözəl, perspektivli və baxımlıdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında