Vətənə qayıtmış Belarus idmançıları Azərbaycana təşəkkürlərini bildiriblər

Dünən Belarus Respublikasının atlet və məşqçilərdən, eləcə də akrobatika, bədii gimnastika, batut üzərində tullanma, kamandan oxatma, güllə atıcılığı, sambo və boks üzrə komandalarından ibarət bir qrup idmançısı Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirakını başa çatdıraraq vətənə qayıdıb. Bir gün əvvəl isə Belarusun Azərbaycandakı səfirliyində Oyunlarda medallar qazanmış idmançılarla görüş keçirilmişdi.

Belarus Milli Olimpiya Komitəsinin rəsmi saytında verilmiş məlumata görə, Minsk aeroportunda binici Avropa Oyunlarının çempionlarını və medalçılarını Belarusun idman və turizm naziri Aleksandr Şamko, idmanın müxtəlif növləri üzrə federasiyaların nümayəndələri, idmançıların qohumları və yaxınları, eləcə də ölkənin KİV nümayəndələri qarşılayıblar.

Birinci Avropa Oyunlarında iştirakını başa çatdıraraq vətənə qayıdan Belarus idmançıları arasında Oyunların çempionları - sambo üzrə çempionlar və bürünc medalçılar Stepan Popov, Tatyana Matsko, gümüş medalçılar Andrey Kazusenok, Olqa Namazova, bürünc medalçılar Yekaterina Prokopenko, Vladislav Burd, Yuri Rıbak, bədii gimnastika üzrə çempionlar və bürünc medalçılar Aleksandr Narkeviç, Valeriya Pişelina, Mariya Kadobina, Arina Tsitsilina, Kseniya Çeldışkina, Anna Dudenkova, güllə atıcılığı üzrə çempionlar və gümüş medalçılar Vitali Bubnoviç, Sergey Martınov, batut üzərində tullanma üzrə gümüş medalçılar Vladislav Qonçarov, Nikolay Kazak, bürünc mükafatçı Anna Qorçenok, kamandan oxatma üzrə gümüş mükafatçı Anna Marusova, Yelena Tolçak, Yekaterina Timofeyeva, bürünc medalçı Anton Prilepov, akrobatika üzrə üçqat bürünc medalçılar Karina Sandoviç, Yekaterina Borisoviç və Veronika Nabokina olublar.

İdmançılar Minsk aeroportunda KİV nümayəndələrinə müsahibələrində bildiriblər ki, Azərbaycanda birinci Avropa Oyunlarının təşkili və yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq və təşkilati işlər görülüb, Oyunların açılış mərasimi olduqca cəzbedici olub. Eyni zamanda, idmançıların yaşayışı üçün hər cür şərait yaradılıb. İdmançıların sözlərinə görə, onlar Bakıdan ən xoş xatirələrlə ayrılıblar.

Belarus MOK-un vitse-prezidenti Nikolay Ananyev, baş katibi Anatoli Kotov, idman və turizm nazirinin birinci müavini Aleksandr Qaqiyev birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən, eləcə də belaruslu idmançıların Oyunlarda iştirakı üçün hər cür şərait yaradan Azərbaycan rəhbərliyinə təşəkkürlərini bildiriblər. Birinci Avropa Oyunlarının çempionu Aleksandr Narkeviç bütün idmançılar adından onları çox isti qarşıladığına və yarışlar müddətində dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdar olduğunu deyib.

Qeyd edək ki, bu günə qədər Belarus komandasının hesabında 41 medal olub. Onlardan 10-u qızıl, 9-u gümüş və 22-si bürünc medaldır. Qazanılmış medalların sayına görə Belarus komandası 4-cü yeri tutub.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında