Azərbaycanda velosiped idmanına maraq artır

Həmsöhbətim “Bakı-2015" birinci Avropa Oyunlarının şose velosipedi yarışlarında mübarizə aparan iki velosipedçimizdən biri olan Samir Cəbrayılovdur. O, Azərbaycanda keçirilən bu möhtəşəm bayram tədbiri ilə bağlı təəssüratlarını bizimlə bölüşdü.

S. Cəbrayılov dedi:- Biz iki nəfər-mən və Elçin Əsədov  şose velosipedi yarışlarında iştirak etdik. Yüksək nəticəyə nail olmasaq da,  böyük təcrübə qazandıq. Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycanda şose velosipedi yarışlarının yüksək səviyyədə təşkili bütün idmançıların diqqətini çəkdi.  Bu, eyni zamanda, ölkəmizin potensialını Avropaya və bütün dünyaya nümayiş etdirmək baxımından mühüm önəm daşıyırdı. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmanın, o cümlədən velosiped idmanının inkişafına diqqət və qayğısı sayəsində mümkün olub.

Samir Cəbrayılov daha sonra bildirdi  ki, bu gün  respublikamızda gənc nəsil velisoped idmanına böyük maraq göstərir. Son illərdə ölkəmizdə bu idman növü ilə bağlı mühüm turnirlərin keçirilməsi,  sözügedən sahəyə yüksək səviyyəli mütəxəssislərin cəlb olunması, müsbət göstəricilərin əldə edilməsi  idman dünyasında Azərbaycanın  nüfuzunu daha da artırır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında