Azərbaycan qılıncoynadanları Sevil və Sevinc Bünyadova bacıları birinci Avropa Oyunlarında fərqləniblər

İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə kişilər rapira, qadınlar isə sablya növündə mübarizə aparıblar.

Kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmayıb. Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizə aparıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova “A”, Fatimə İbrahimova “D”, Səbina Mikina “E”, Sevil Bünyadova “F” qrupunda qüvvələrini sınayıblar.

Dörd qılıncoynadanımız qrup mərhələsindən növbəti mərhələyə yüksəlsə də yalnız Sevinc və Sevil Bünyadova bacıları uğurlu nəticə göstəriblər. Belə ki, finaladək maneəsiz irəliləyən Sevil Bünyadova qızıl medal uğrunda görüşdə polşalı Anjelika Vatora məğlub olub və birinci Avropa Oyunlarını ikinci pillədə baWşa vurub.

Sevinc Bünyadova və fransalı Marqauks Rifkis isə “Bakı-2015"in bürünc medalına sahib olublar.

Kişilərin yarışında isə italiyalı Alessio Fakoni fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Timur Arslanov gümüş, franslı Jan-Paul Toni Helissey və italiyalı Fransesko İnqarqiola bürünc medal qazanıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında