Skott EVANS: Badminton yarışlarında böyük rəqabət var

I Avropa Oyunları çərçivəsində badminton yarışlarında böyük rəqabət var. Bu barədə “Trend”ə yarışın favoriti, irlandiyalı badmintonçu Skott Evans deyib.

Evansın sözlərinə görə, I Avropa Oyunlarında idmançıları medal uğrunda gərgin mübarizə gözləyir: “Əlbəttə qızıl medalı qazanmaq istərdim, ancaq etiraf etmək lazımdır ki, Bakıdakı yarışlarda inanılmaz rəqabət var. Oyunlara ən güclü idmançılar gəlib və bunu nəticələrdən də görürük. İstərdim ki, belə Oyunlar bu idman növünə marağı artırsın”.

Badmintonçu qeyd edib ki, ilk Avropa Oyunları kimi böyük idman tədbirinin təşkilindən razıdır: “Hər şey yaxşı planlaşdırılıb və həyata keçirilib. Atletlər kəndində əla şərait var və heç nə fikrimizi idmandan yayındırmır. Eyni sözləri idman obyektləri haqqında da deyə bilərəm. Azərbaycanlı tamaşaçıların badmintona marağı məni heyrətləndirdi. Bu, çox xoşdur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında