Yana ALEKSEYEVA: “Gərgin məşqlər keçmişik və bu səbəbdən də çempion olmalıyıq”

Bugünkü qarşılaşmamı ilk döyüşümlə müqayisə etsəm deyə bilərəm ki, bu görüşü daha uğurla keçirdim. Yarımfinal mərhələsində rəqibim Rusiya idmançısı Zinaida Dobrınina çox titullu boksçudur. Dünya və Avropa çempionudur. Buna baxmayaraq mən qarşıma qoyduğum məqsədə nail oldum.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan boksçusu Yana Alekseyeva deyib.

Boksçu rəqibini fənd işlədərək məğlub etdiyini vurğulayaraq deyib: “Bu günədək qarşılaşdığım rəqiblər arasında Zinaida Dobrınina çox layiqli rəqibdir. Ona görə də döyüşdə bir qədər fəndgir tərpənmək lazım gəldi. Əlbəttə ki, hazırlıq da öz sözünü dedi. Bundan əlavə, azarkeşlər tərəfindən böyük dəstək var idi. Onların hamısına təşəkkür edirəm. İndi ilk növbədə yarımfinal döyüşü haqqında fikirləşməliyəm. İnşallah, qızıl medalı qazanmaq üçün də çalışacağıq”

Yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionu irlandiyalı Keti Teylorla üz-üzə gələcək Yana məşqçisi olan atası ilə titullu rəqibini təhlil edib, ona da uyğun taktika seçəcəklərini açıqlayıb: “Məsələn, ilk döyüşdə fiziki cəhətdən dözümlü olmaq lazım idisə, ikincidə daha çox cəldlik, ayaqların cəld və aldadıcı hərəkəti tələb olunurdu. Biz buna görə bir-birimizdən küsmürük, hər dəfə də döyüşdən sonra bir-birimizi qucaqlayırıq. Artıq bacım Anna Əlimərdanova da yarımfinaldadır. Görünür, Allah bizə rəhmlidir. Hər zaman axıra kimi diqqətli olmaq lazımdır. Bircə an da arxayınlaşmaq olmaz. Bu, boksçuların qaydasıdır. Gərgin məşqlər keçmişik və bu səbəbdən də çempion olmalıyıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında