“Luis Leon Sançes yarışda qızıl medal qazandı”

İspaniyanın daha bir saytı “masdeporte.as.com”da da ilk Avropa Oyunlarında ispaniyalı idmançıların əldə etdikləri nailiyyətlər barədə məlumatlara geniş yer ayrılır.

Məqalədə deyilir ki, ispaniyalı Luis Leon Sançes 215,8 kilometr məsafəni 5 saat 27 dəqiqə 25 saniyəyə qət etməklə, ukraynalı rəqibi Andrey Qrivkonu və çexiyalı Pyotr Vakoçu arxada qoyaraq, şosse velosipedi yarışlarının qalibi oldu. Məlumatda Luis Leon Sançesin Oyunlar çərçivəsində daha əvvəl bürünc medal qazanmasına da toxunulur. 124 idmançının mübarizə apardığı yarışın start və finiş xətlərinin Azadlıq meydanında olduğu da qeyd edilir.

Sayt Sara Morenonun və Visente Llilinin də aerobika gimnastikası üzrə keçirilən qarışıq cütlük yarışlarındakı çıxışları barədə də oxucularına məlumat verir. Cütlüyün İtaliya idmançıları ilə  qarşıdurmasının gərgin idman mübarizəsi şəraitində keçdiyi vurğulanır və ispaniyalı atletlərin daha yaxşı çıxış sərgiləyərək qızıl medala layiq görüldükləri bildirilir.

Məqalədə ispaniyalı idmançıların öz çıxışları barədə təəssüratlarına da yer verilir. Sara Moreno və Visente Lli qızıl medal qazandıqlarına görə çox şad olduqlarını bildirir, ilk Avropa Oyunları çərçivəsində keçirilən yarışların həyatlarında ən yaxşısı olduğunu açıqlayırlar.

Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında