Qələbədən-qələbəyə, medaldan-medala

“Bakı-2015" birinci Avropa Oyunları hiss olunmadan finiş xəttinə yaxınlaşır. Azərbaycan idmançılarının ümumkomanda hesabında mövqeyi əvvəlkitək möhkəmdir. Bazar ertəsi keçirilən yarışlara yekun vurulduqda aydın oldu ki, atletlərimiz medalların sayını 39-a çatdırmışlar. Dünənki startlaradək Azərbaycan 14 qızıl, 11 gümüş və 14 bürünc mükafatla yalnız əlçatmaz görünən vahid lider Rusiyadan (45+23+19) geri qalırdı.

Qələbədən-qələbəyə, medaldan-medala irəliləyən yığmamızın cədvəldə ən yaxın izləyicisi isə dəyişmişdir. Üçüncü pilləyə 32 mükafata (11+9+12) sahib olan Almaniya yüksəlmişdir. Birinci onluqda sonrakı yerlər iyunun 23-nə təyin edilmiş startlaradək belə bölüşdürülürdü: Belarus (10+9+22), Serbiya (8 qızıl, 4 gümüş medal), Böyük Britaniya (8+3+7), Macarıstan (8+2+5), İspaniya (7+8+7), İsveçrə (7+4+2), İtaliya (6+9+3). Türkiyə komandası (5+3+15) 11-ci mövqedə qərar tutmuşdu.

Ümumiyyətlə isə, Avropa Oyunlarının həlledici mərhələsinə 50 iştirakçı ölkədən yalnız 40-ı medalla başlamışdır. Cədvəldə 26-cı pillədə olan Gürcüstan idmançılarına 3 gümüş və 7 bürünc mükafat təqdim olunduğunu, 34-cü yeri tutan Ermənistanın cəmi 1 gümüş medal qazandığını da qeyd edək.

İyunun 22-də bütün turnirlər başa çatdıqdan sonra Azərbaycan komandasının daha dörd medalını da yadda saxlamağa başladıq. Boksçularımız Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (91 kq) yarımfinala çıxmaqla ən azı bürünc mükafatları özlərinə təmin etmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında