Keti TEYLOR: Avropa Oyunlarında möhtəşəm ab-hava var

“Avropa Oyunlarında möhtəşəm ab-hava var”. Trend-in “Irishtimes.com” saytına istinadən verdiyi məlumata görə, bunu irlandiyalı boksçu Keti Teylor deyib.

Bakıda ilk döyüşündə bolqar Denitsa Yeliseyevanı məğlub edən qadın boksunun canlı əfsanəsi K.Teylor ölkəsini bu mötəbər yarışda təmsil etdiyinə görə qürur hissi keçirdiyini deyib: “İki həftədən artıqdır ki, Bakıdayam. İlk qarşılaşma üçün rinqə çıxma anını səbirsizliklə gözləyirdim. Əvvəlki illərlə müqayisədə indi qələbəyə daha acam. Özümdən sonra böyük miras qoymaq istəyirəm”.

Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan 28 yaşlı boksçu qeyd edib ki, Bakıda hər şey əladır: “Oyunlarda ab-hava möhtəşəmdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında