Damir MİKETS: Hələ də inana bilmirəm ki, Avropa Oyunlarının ikiqat çempionu olmuşam

“Final görüşü çox çətin oldu. Rəqiblər layiqli müqavimət göstərdilər. Tapançadan atəşaçmada 50 metrlik məsafə mənim ən çox xoşladığım məsafədir. Odur ki, uduza bilməzdim. Hələ də inana bilmirəm ki, Avropa Oyunlarının ikiqat çempionu olmuşam”.

Birinci Avropa Oyunlarının güllə atıcılığının iki növü - pnevmatik tapançadan 10 metr  və tapançadan 50 metr məsafəyə atəşaçma üzrə çempionu, serbiyalı idmançı Damir Mikets  bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Bakıya səfəri və “Bakı-2015”-in təşkili barədə təəssüratlarını bölüşən idmançı deyib: ”İkinci dəfədir ki, sizin ölkənizdəyəm. Keçən il Qəbələdə Dünya Kuboku yarışlarının finalında iştirak etmişəm. Bakı və sakinləri çox xoşuma gəldi. Hesab edirəm ki, Azərbaycanın paytaxtında  dünya miqyaslı idman yarışı keçirilir. Bu Oyunlar bütün idman həvəskarları üçün əsl bayramdır. Hər şey ən yüksək səviyyədə təşkil edilib. Belə möhtəşəm yarışı yalnız güclü idman infrastrukturuna malik olan ölkə təşkil edə bilər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında